Elxan Elatlı-dan Ölümsüz Qətl
Elxan Elatlının qələmini hədsiz sevirəm.Oxuduğum bütün kitablarını bir göz qırpımında bitirir və çox bəyənirəm🪻Bir gün ərzində bitirdiyim kitablar biri daha:
"Ölümsüz qətl"-Mövzusu məni cəlb etdiyindən sərgidən əldə etdim.Sadəcə adı belə insanı özünə çəkmək üçün yetərlidir.Yaxşı ki, bu kitabı oxudum.
Kitab iki uşağın itkin düşməsi ilə başlayır ,daha sonra isə Qanbay Qasımlı uşaqları tapmaq üçün dəvət olunur.Gəldiyi gündən araşdırma başlayır.Hədisələr çox qarışıq şəkildə irəliləyir.Cinayətkarı tapmaq heç asan olmayacaq.Amma Qasımlı bunun da öhdəsindən gəlməyi bacarır
Ölümsüz qətlin cinayətkarını tapır
9/10