·88 syf.··Beğendi
···Okunma: 26 Aralık 2024 21:46 Əsər həcmcə kiçik olsa da özündə böyük məna daşıyır. Baş qəhrəman İvan İliç Pralinski şöhrətpərəst bir generaldır. Onun dilində hər zaman "humanizm" ifadələri səslənsə də özündən vəzifəcə aşağı olanlara yuxarıdan aşağı baxır. Talenin qismətindən İvan İliç, tabeliyindəki bir şəxsin kasıbvari toy məclisinə rast gəlir. Məclisə daxil olmaq istəyən Pralinski zahirində sadəcə bəyləri təbrik edəcəyini desə də, qəlbinin dərinliklərində (türklər demiş) egosunu tatmin etməyə çalışır. Lakin bu şöhrətpərəstlik ona qürur yox sadəcə biabırçılıq gətirir...
Kitabda bəyənmədiyim tək cəhət bütün rus klassiklərində olduğu kimi cümlələrə yerli yersiz bədii təsvir vasitələrinin artırılıb uzadılması idi. Düzdür bunun səbəbi "nə qədər çox söz o qədər çox pul" olsa da belə bir şeyə haqq qazandırmır. Oxumağa dəyər kitabdır :)