·324 syf.··Beğendi
···Okunma: 27 Aralık 2024 21:46 Kitab Osmanlının sonuncu imperatorlarından biri olan Sultan II Abdulhamidin 33 il davam edən hakimiyyətinin əlindən alınmasından və sürgünə göndərilməsindən bəhs edir.
Sürgün dövründə yaşadıqları həmin dönəmdə sultanın və ailəsinin sağlamlığına cavabdeh olan doktor Atıf Hüseynin gizlicə yazdığı gündəliklər nəticəsində günümüzə qədər gəlib çatıb. Livaneli isə bu məlumatları özünəxas qələmi ilə tarixi roman şəklinə salıb.
Tarixə bir fənn olaraq yad olsam da bu tip tarixi romanlar diqqətimi çəkib son zamanlar. Zövq alaraq oxuyuram.