Yazarın oxuduğum ilk kitabıdır. Açıqcası məni bu qədər heyrətləndirəcəyini düşünməmişdim. Son ana qədər nə baş verdiyini belə düşünə bilməmişdim. Kitabın axıcılığıma söz ola bilməz. Oxuduqca sonuna çatıb nə olduğunu anlamaq üçün can atırdım. Kitab mənə çox təsir etdi deyə bilmərəm. Məncə çox dramatik bir hekayəsi yoxdur. Sadəcə kitabın axıcılığı, öz gizəmini sona qədər qoruması məni çox heyrətləndirdi. Bir çox kitabdan fərqli olaraq sonunun təxmin edilməsi çətin kitab idi. Səssiz Pasiyent