4/10
·312 syf.··
2024 31. kitabı
·
18 günde okudu
·
Okunma: 31 Aralık 2024 09:57
Mehdi Hüseynin kitablarına maraq bir əhvalatı eşitdikdən sonra yarandı məndə. Deyilənə görə, Mehdi Hüseyn neftçilərin həyatından bəhs edən roman yazmaq istəyib və neftçıxarma, neftçilər barədə məlumat öyrənmək üçün Manaf Süleymanova müraciət edib. Manaf bəy də köməklik edib bu barədə. Mehdi Hüseyn birazdan haqqında bəhs edəcəyim "Abşeron" romanını yazıb yekunda. Manaf Süleymanov isə düşünüb ki, "mən özüm də yaza bilərəm bu haqda, niyə yazmayım?". Sonra özü neft sənayesi və neftçi həyatına dair kitablar yazıb. Qısası, məqsədim bu iki müəllifin əsərlərini müqayisə etmək idi. Manaf Süleymanovun da kitablarına müraciət edəcəm yaxın vaxtlarda, o müqayisəni də apara bilim deyə. " Abşeron" romanına gəldikdə, əsərdə neftçi həyatından çox kommunizm təbliği hiss olunur. Hər cümlədə kommunizm ab-havası var desəm, yanılmaram, yəqin. Hər şey o qədər mükəmməl və "nümunəvi sovet vətəndaşına yaraşan" şəkildədir ki, əsərdən səmimilik hissləri götürmək olmur. Neft çıxarma səhnələri barədə onu qeyd etmək istəyirəm ki, müəyyən təsvirlər var, amma prosesin içində olan biri tərəfindən yazılmadığı hiss olunur. Yəni, bir yarımçıqlıq var həmin səhnələrdə də. Bunu, bir neftçi olaraq, düşünürəm. Nəşr məsələsinə də toxunaq. Kitabın yaxın illərdə hansısa nəşrini tapa bilmədim. Ona görə 2005-ci ildə kitabxanalar üçün nəşr edilmiş versiyasından oxudum. Bəşəri bəyənmədim, çoxsaylı qrammatik səhvlər var idi. Redaktor əlinin dəymədiyi və çap işinə məsuliyyətsiz yanaşıldığı hiss olunur.
Seçilmiş Əsərləri 2.CildMehdi Hüseyn · Avrasiya Press Nəşriyyatı · 200516 okunma
·
38 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.