🪽Qaraqanın "Mələk" romanı günümüzün problemini, haqsızlıqlara göz yummalı olmamağımızdan bəhs edir. İnsanın öz əli ilə insanlığı öldürməsindən, sevgi dolu məsum insanların az olması və onların bu cəmiyyətdə özünə yer tapa bilməməsindən bəhs edir.
Belə bir zamanda hələ də yaxşı insanlar varsa, insanlıq ölüb deyərək ümidimizi itirə bilmərik. Müqəddəsliyə inancımızı öldürə bilmərik.
Çünki, hələ də öz vicdanının səsi ilə yaşayan insanlar var..
Qaraqanın əsərdə dediyi kimi : " Sən demə məsələ nə pulda, nə hakimiyyətdə imiş. Sən demə, məsələ insanların içində imiş. Bu xalqın öz daxilində, öz mənəviyyatında imiş bütün çirk və saxtakarlıq.
Kitab çox təsirli idi. Hər səhifəsində altından xətt çəkiləsi, nəticə çıxarılası alıntılar var idi. Oxuyacaq hər kəsə xoş mütaliələr..
MələkQaraqan
MələkQaraqan · Qanun Neşriyyatı · 20242,014 okunma