10/10
·128 syf.··
Beğendi
·
2024 121. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Aralık 2024 16:38
Gabriel Garcia Marquez’in bu əsərini oxumazdan əvvəl Kolumbiya cəmiyyətinin Azərbaycan cəmiyyətinə bu qədər oxşar olduğunu bilmirdim. Sonra isə George Orwell’in “Birma Günləri” əsəri ağlıma gəldi və anladım ki, müstəmləkə və xərcmərclik yaşamış və inkişaf tempindən (bəlkə də inkişafdan) geridə qalmış bütün cəmiyyətlər üçün bir çox nüanslar və məsələlər oxşarlıq təşkil edir. Əsər real hadisələr əsasında yazılmışdır. Əsərdə namus cinayəti baş verir və çox qəribədir ki, bu cinayətin olacağını və kimlərin edəcəyini hamı bilsə də, buna normal bir iş imiş kimi yanaşırlar. Bu ruhsuz, vecsiz və geridə qalmış cəmiyyətdə baş vermiş qətl hadisəsinin tarixçəsini hamıya oxumağı məsləhət görürəm. Gabriel Garcia Marquez Gözlənilən Bir Qətlin Tarixçəsi
1000Kitap
Gözlənilən Bir Qətlin TarixçəsiGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 201195,4bin okunma
·
114 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.