Daha bir dedektiv əsərin sonu...
Dedektiv janrda oxumağı sevənlər üçün çox maraqlı bir kitabdır. Kitabı daha da gözəlləşdirən şey də irəlidə olacaqları təxmin edə bilməmək idi. Sadə və olduqca maraqlı həmçinin bir o qədər də düşündürücü sujet xəttinə malikdir. Sondaki qatilin va məktubdakı qadının kim olduğunu öyrənəndə şok olacağınıza çox əminəm, eynən mənim kimi. Ağlıma hamı gəldi sadəcə bir insandan başqa və qatil də həmin o insan çıxdı. Çox həyəcanlı... Oxuduqca hər şey film kimi gözümün önündə canlandı ən kiçik detallara qədər hər şey... Bəzi cümlələrdə olacaqları təxmin edə bilirsən, sonra təxminlər həqiqətlə üst-üstə düşmür, bəzən isə ümumiyyətlə bundan sonra nə olacağı ilə bağlı heç bir fikrin olmur. Yəni qısacası oxumağa dəyər bir əsərdir:)
Mürşüd MehdiMəktubdakı Qadın
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma