Puan vermedi·352 syf.····Okunma: 03 Ağustos 2021 00:00 RƏSSAMLIQLA BAĞLI: Rəssamlığın təkcə əl qabiliyyətilə əlaqəli olduğunu düşünürlər. Ancaq portret rəssamlığı ilə məşğul olanlar yaxşı bilir ki, bu bir az da işıq-kölgə oyunu və bir az da görə bilmək qabiliyyəti ilə bağlıdır. Bəli, görə bilməklə. Bəlkə elə Rauda Jamis “Eşq və Qəm” (Və ya Frida Kahlo) kitabında buna görə yazırdı ki, “İnsanlardan ən yaxşı başı çıxan portret rəssamlığı ilə məşğul olanlardır.” Əlbəttə, rəssamlığın müxtəlif növləri var. Burada bir şəkili nə qədər bənzədilməsindən söhbət getmir. Məsələ iç aləmi təsvir edə bilməkdən gedir. Rəssam gərək daxili aləmini görə bilsin ki, onu qələmilə təsvir edə bilsin.
FRİDA KAHLO YARADICILIĞI: Frida öz avtoportretlərində özünü çox gözəl ifadə etməyi bacarıb. Fridanın həyatını bilməyənlər üçün rəsmləri anlaşılmaz gələ bilər. Bəlkə də bilənlər üçün belə tükürpədici ola bilər. Ancaq inkaredilməzdir ki, hisslərini rəsmlərində ideala yaxın təsvir olunub. O da doğrudur ki, Fridanı məşhur edən yalnızca istedadı deyildi. Dieqo onun yaradıcılığında, tanınmasında xüsusi rol oynayırdı. İkinci faktor isə xəstəliyi idi. Qəribə taleləri olan insanlar həmişə başqalarının diqqətini çəkir. Bunun bir neçə psixoloji səbəbi var əslində. Amma bu gün o mövzuya fokuslanmaq istəmirəm.
FRİDANIN RƏSM ÇƏKMƏYƏ BAŞLAMASI: İkinci mənə ən çox təsir edən məqam Fridanın rəsmə başlaması oldu. Frida qəzadan sonra yataqdan qalxa bilmirdi. Bu vaxt o, rəsmə başlayır və heç vaxt gedə bilməyəcəyi yerləri, həmçinin fiziki-mənəvi ağrılarını təsvir edir. Düzdür, Frida daha sonralar arzuladığı kimi dünyanı gəzə bilməsə də, bir sıra yerlərə səyahət edir və hətta orada yaşayır.
FİLM TÖVSİYƏSİ: Əgər Fridanı anlamaq, daha doğrusu, Fridanın yaradıcılığını anlamaq istəyirsinizsə, “Frida” (2002) filmini də izləməyinizi tövsiyə edirəm. Filmdə Dieqo və Frida arasında keçən bu dialoqu, aranızda mənim kimi rəsmlə məşğul olan biri varsa, sizə də motivasiya olsun deyə paylaşmaq istəyirəm:
Frida: Səmimi fikrini istəyirəm.
Dieqo: Fikirlərimlə niyə maraqlanırsan? Həqiqətən rəssamsansa, rəsm çəkmədən yaşaya bilmədiyin üçün rəsm çəkərsən. Bu qədər sadə.