Puan vermedi·157 syf.····Okunma: 11 Ocak 2025 19:28 " Gəl, sən də uzat əlini, qadın. Hera Woman Azərbaycanın ən böyük QadınBirliyi dairəsini yaradır. İndi həyatında iz buraxan --səhv qərarların , səhv ailəliyin, səhv sevgidən çıxardığın nəticələri paylaşmaq zamanıdir"
Yaşadığımız enişli yoxuşlu qısa həyatın uzun ağrılı günlərini yada salaraq " həyatımdan bir kitab yazmaq olar" deyə gileylənərik bəzən... Kitabın yazıçısı da elə həmin həyatları qələmə almışdır.
Bəzi həyatlarda özümü görəndə , bəzi həyatlarda " obrazların " etdiyi səhvi -- özünü əzdirməsini , yaxud da yersiz çıxarılan davaları mən də qınadım. Uzaqdan danışmaq , etiraz etmək daha asan olurmuş)).
Bəzi səhifələrdə yazıçı ilə razılaşsam da bəzi səhifələrdə düşüncəmiz çəp gəldi.
Kitabı gec bitirməyimə baxmayın , axıcı kitabdır. Bir günə belə bitirmək olardı.
Belə bir qrumun olması məni sevindirəndə, bir cox qadının ayrı - ayrı ailədə olub lakin eyni düşüncə sahibi insanlarla eyni məsələlərlə üzləşməsi məni yaraladı deyə bilərəm.
Hər halda güclüyük və bu kitab da bizi buna səsləyir.
Oxuyanlara və oxumaq istəyənlərə xoş mütaliələr.