Kitabla illər öncəsində tanış olmuşdum. Kardelenin görünüşü, Kara ilə arasında olan hekayə oxumasam belə diqqətimi çəkmişdi. İllər öncəsində oxuduğum, ya da sevdiyim kitabı oxumaq keçmişdəki özümlə aramda olan qəribə bir bağlantıdır. Kitabla bağlı düşüncələrimə gələcək olsaq, məni o qədər qane etmədi. 400+ səhifəsi olan kitabda hadisələrin əksəriyyəti ikilinin aralarında olan çəkim, hisslərdən ibarət idi. Karanın kobud davranışlarına nə qədər empatiya duymağa çalışsaq belə, bağışlanmayacaq davranışları vardı. Onlardan biri də zorla yoldaşı olsa belə Kardelene toxunmaq istəməsi idi;)