Gönderi

Corc Oruell
8/10
·204 syf.··
2025 1. kitabı
·
12 günde okudu
·
Okunma: 20 Ocak 2025 18:15
Salam, əsər məşhur və dahi yazıçı Corc Oruell tərəfindən yazılıb. Corc Oruellin digər məşhur əsəri də var - 1984. "Heyvan ferması" daha öncə yazılıb, 1945 ci ildə. 2 -ci dünya muharibəsi yeni başa çatdığı ərəfələr idi, təbii ki, əsər müharibədən 1-il əvvəl yazılıb. Bu dövrləri SSRİ-nin ən güclü dövrləri hesab etmək olar, çünki müharibədən qalib çıxmış bir dövlətdir və s. Corc Oruell bu əsərində bir növ SSRİ-ni heyvanların dilində alleqoriya ilə açıb iç üzünü göstərir. Hadisələr bir heyvan fermasında heyvanların rəhbərinə üsyanı ilə başlayır. Onlar fermadakı hakimiyyəti ələ keçirirlər və rəhbərlər digər heyvanlara daha ədalətli bir cəmiyyət quracaqlarını vəd edirlər. 7 prinsip qəbul olunur və əsər boyu 7 prinsipin necə aşındığının, necə yeni maddələr, dəyişikliklər olunduğunun şahidi oluruq. Məsələn, Napoelon adlı bir donuz olur, əslində Stalindir. Orda belə bir hökm var: “HEÇ BİR HEYVAN BAŞQA BİR HEYVANI ÖLDÜRƏ BİLMƏZ”. Daha sonra dəyişiklik edib “HEÇ BİR HEYVAN BAŞQA BİR HEYVANI SƏBƏBSİZ YERƏ ÖLDÜRƏ BİLMƏZ” şəklində təqdim edilir və beləliklə öz işlərinə, öz qətllərinə haqq qazandırırlar. Əsər çox gözəldir və oxumağı sizlərə də tövsiyə edirəm, xoş mütaliələr.
Heyvan FermasıGeorge Orwell · Teas Press · 0296,2bin okunma
·
146 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.