İnsanlar niyə bu qədər nankor'dur?
Qəribədir, bir zamanlar həyatımızdakı ən böyük boşluğu dolduranlar, həyatımızı bir boşluğa buraxanlar oldu. Sevdik dərk etmədilər, əzizlədik başa düşmədilər. Dəfələrlə danışdıq,yenə başa düşmədilər. Sonra susduq. Bəlkə sussaq başa düşərlər dedik. Daha c‌ox danışsaq, qəlblərini qıracag‌dıq bilirdik. Çünki bir yerdən sonra, içinə ata bilmir insan. Sığmayanda daşır hər qab kimi, insanda. Daşmayaq deyə dirəndik. Sonra bir yol olsun qarşımızda, hara dirənirsə dirənsin dedik. Və nəhayət getdik. Qarşıya baxa-baxa, gözümüzü buraxdıq geridə. Ürəyimizi söküb atdıq.Yenə başa düşmədilər. Qorxduq sandılar. Bir döyüşü məğlub başa vurduq bildilər. Ancaq itirdiyimiz şey, təkcə hisslərimiz idi. Bunuda bir gün, peşman olduqlarında başa düşəcəklər. Çünki gəldiklərində, heç bir s‌eyi buraxdıqları kimi tapmayacaqlar...
1000Kitap
·
68 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.