Puan vermedi·520 syf.··
2025 15. kitabı
·
7 günde okudu
·
Okunma: 03 Şubat 2025 20:48
Elena Bulqakovanın Xatirələrindən: "Çox vaxt yatağının yanında oturardım. Baxışları ilə nə istədiyini mənə söyləyərdi. 'Ağrıkəsici mi? Su mu?' – deyə soruşardım. Əksər hallarda bunları yenidən soruşurdum: 'Master və Marqaritanı mı istəyirsən?'. Bəli mənasında başını sallayar və sadəcə iki kəlmə söyləyərdi: 'Yetər ki, bilsinlər. Yetər ki...' Master və Marqarita əsəri SSRİ-nin ən sərt dönəmlərindən biri – Stalinin hakimiyyəti illərində yazılmağa başlanmışdır. Mixail Bulqakov bu dövrdə totalitar rejimin, despotizmin nə səviyyəyə çatdığını, onun fəsadlarını və iyrəncliklərini göstərmək üçün bu əsəri qələmə almışdır. Əsərin yazılması 12 il davam etmişdir və Bulqakov bu illər ərzində xəstə olmuş, onu sağalmaz dərdə düçar edən böyrək xəstəliyi ilə mübarizə aparmışdır. O, son bölmələri tamamlaya bilməmiş, əsər ölümündən sonra həyat yoldaşı Elena Bulqakova tərəfindən qeydləri əsasında yekunlaşdırılmışdır. Nəhayət, yazıçının vəfatından illər sonra Master və Marqarita nəşr olunmuşdur. Təəssüf ki, Mixail Bulqakov öz şah əsərini kitab şəklində görmək nəsib olmayan dahilərdən biri oldu...
1000Kitap
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202510,1bin okunma
·
38 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.