Bu kitabı oxumadan əvvəl, yaxın birinin tövsiyyəsi ilə “Vətəndaş A” dizisinə baxmağa başlamışdım. Hətta ilk başlayanda öz-özümə dedim ki, görəsən, hansısa kitabdan sonra çəkilən seriyadır? Daha sonra sinifdə dizidən bəhs edəndə müəllimim məşhur yazıçı Cəfər Cabbarlının “Almaz” əsəri əsasında yazıldığını dedi. Dizini bitirdikdən sonra kitabı oxumağa başladım. Kitabda öz ayağı üstündə durmağı bacaran, dövrün tələblərinə əks şəkildə hərəkət edib, öz əqidəsindən dönməyən qadın obrazı yaradılmışdı. Və bu sadəcə o dövr üçün yox, bu günümüz üçün də dəyərli bir nümunədir. Hər kəsə oxumağı tövsiyyə edirəm...