Gönderi

Qorxuram... Qorxuram. İndi də qorxuram. Hazır olmamaqdan. Sevdiyim qızı xoşbəxtlik sözü verib də bədbəxtliyə əsir etməkdən, istədiyi həyatı verə bilməməkdən, amma hazırlaşıram)) Sənə bir sirr verəcəm. Bu dəqiqə pul kisəmdə susmuş bir məktub var. 4 ildir ordadır. Sahibinə verilməyi gözləyir. Çünki Minə də sənin kimi "Nəyi gözləyirdin?" sualını versə, bu məktubu ona verəcəm. Bilsin, bilsin ki, gözlədiyim hər saniyə ona xoşbəxt bir həyat verə bilmək üçün idi. Bəzən bu məktuba baxıb fikirləşirəm: "Bir kağız parçası daha cəsarətlidir məndən... Mənim illərdir deməyə cürət edə bilmədiyim sözləri, hissləri o deyəcək sevdiyimə".
Alıntı
·1 alıntı·
422 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.