9/10
·256 syf.··
2025 2. kitabı
Bu kitab mənim ruhuma o qədər toxundu ki… Oxuyarkən heç kimi günahlandıra bilmədim. Günahlandırmaq istədiyim anlarda belə, insanların hərəkətlərinin arxasında bir səbəb olduğunu görmək məni dayandırdı. Çünki insanları səhvləri ilə tanıyıb, onların bu səhvləri necə və niyə etdiklərini dərk etdikcə, onları sadəcə “günahkar” olaraq damğalamaq mümkünsüz olur. Anladım ki, hər kəs özü də bir növ başqa insanların səhvlərinin nəticəsidir. İnsanların bizə təsiri nə qədər böyükdür! Kitabda bir hissə var idi, deyirdi ki: “Hiçbir şey için asla sen suçlu değilsin, sadece başkalarının hata ve eksiklerinin kurbanısın.” İlk baxışdan çox doğrudur, çünki biz həqiqətən də başqalarının səhvlərinin və çatışmazlıqlarının nəticələrini daşıyırıq. Amma bu, bizim heç bir şeyə təsir edə bilmədiyimiz anlamına gəlirmi? Sizcə, insanların bizdə buraxdığı izləri dəyişdirə bilmərik? Məncə, tamamilə yox, amma müəyyən qədər mümkündür. Ən azından, başqalarının bizə təsirini və başqalarına təsirimizi azaltmaq bizim əlimizdədir. Bəli, biz günahkar deyilik. Amma özümüzü dərk etmək, yaralarımızın haradan gəldiyini anlamaq və onların üstündə işləmək məsuliyyəti bizə aiddir. Çünki ancaq özümüzü anladıqca, başqalarını da anlaya bilərik. Biz öz hərəkətlərimizin səbəblərini dərk etdikcə, digər insanların səbəblərini də görməyə başlayırıq və onları bağışlamaq asanlaşır. Bağışlamaq isə azadlıqdır – çünki bağışladığımız zaman keçmişin yükünü daşımaqdan qurtuluruq. Yazarın dili olduqca sadə və anlaşıqlıdır. Türk dilində oxumağıma baxmayaraq, heç bir çətinlik çəkmədən hər şeyi başa düşdüm. Onun hissləri oxucuya çatdırma bacarığı xüsusilə təsirlidir. Elə bil, kitabın hər səhifəsi oxucuya bir güzgü tutur və öz yaralarını görməsinə imkan yaradır. Tövsiyə edərəmmi? Bəli, edərəm. Çünki bu kitab sadəcə oxunmur – hiss edilir.
Malma İstasyonuAlex Schulman · Timaş Yayınları · 20245,4bin okunma
·
64 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.