Kitab iki gəncin gecikmiş sevgi hekayəsinə əsaslanır. Zamanında toplum,ailə,sosial mövqe faktorlarını nəzərə alaraq qovuşa bilməyən iki gəncin illər sonra təkrar yeni insanlar olaraq,fərqli xarakterlə,fərqli olğunluq səviyyəsindəykən təkrar qarşılaşmasını,artıq qərarları özlərinin verəcək olması,kənar təhriklərə məruz qalmadan öz gələcəklərinə yönəlmələrini oxumağa dəyərdi. İki gəncin 8 il boyunca sevgisinə sadiq qalması,qovuşmayacaqlarına inansalar belə,başqalarına yönəlməməsi sevginin zamana məğlub olmadığını göstərir. Xoş əhval yaradan klassik sevgi romanlarından biri idi.