Salam ilk öncə.( mətndə spoiler var)
Bu kitaba qarşı əvvələr çox xoş münasibət,maraq görmüşdüm ,ona görə də kitab əlimə keçən kimi oxumağa başladım ,1 sukta ərzində bitirdim ,axıcı oldu yəni,ümumi olaraq kitabı sevdimmi?yox.Tövsiyə edərəmmi ? yenə yox . Çox möhtəşəm bir dostluqdan bəhs edir əsər ,real həyatda düşünsək,sənin biraz əqli problemlərin var və eyni zamanda daima yanında olan bir dost var ki o sənə arxa dayaq olur bu çətinliklər qarşısında.Qulağa necə xoş səslənir elə deyil ?Amma mənim fikrimcə əsərin möhtəşəmliyi elə buradaca bitir .Çünki sonra əqli cəhətdən normal olan dost ,zehni geriliyi olan dostunu öldürür .Əslində bir tərəfdən demək olar ki ,Corc Lenini öldürməsəydi onszuda axır əvvəl və tezliklə Leni öldürüləcəydi,bəlkə də elə Corc əlindən ölmək fiziki cəhətdən daha ağrısız olacaqdı .Amma ta uşaqlıqdan Lenini qoruyan Corc məncə əlini dost qanına bulamamalı idi .
Bu qədər ,oxuduğunuz üçün təşəkkürlər.