Gönderi

Puan vermedi·144 syf.··
2025 22. kitabı
Sizif (Sisyphus) bir kraldır.O, yunan tanrılarına qarşı işlədiyi günaha görə tanrılar tərəfindən cəzalandırılır və cəzası bir qayanı dağın təpəsinə qaldırmaqdır.Qaldırdığı zaman bu məhkumluqdan azad ola bilər.Lakin,hər dəfə təpəyə çatana yaxın daş sürüşüb aşağı yuvarlanır.Beləcə bu cəza sonsuzadək davam edir.Buna baxmayaraq Sizif bir gün qayanı təpəyə qaldıracağına əmindir və bezmədən bu fəaliyyəti davam etdirir. Sizif bir baxıma xoşbəxtdir çünki belə desək iplər onun öz əlindədir.Ölmək və ya sağ qalmaq iradəsi onun özünə məxsusdur.Eyni zamanda onun həyatının bir məqsədi vardır,bir mənası vardır. Albert Camus bu əsərində Sizif mövzusuna və digər bir çox mövzuya toxunur,bununlada insanın yaşam mübarizəsini, intiharın mənasızlığını və.s kimi bir çox mövzunu nəzərimizə çatdırır. Camusun Absürd insanı yaşamın mənasızlığının fərqindədir.Lakin, o ölümü deyil bu mənasızlığı dərk edərək yaşamağı üstün tutur.Vacib olan sağalmaq deyil,xəstəliklə birgə yaşamağı öyrənməkdir))
1000Kitap
Sizif Haqqında MifAlbert Camus · Qanun Nəşriyyatı · 202011,3bin okunma
·
56 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.