Gönderi

Puan vermedi·192 syf.··
2025 20. kitabı
İnsan tarixi yalnız böyük fatehlərin qanlı döyüşlərindən ibarət deyil. Bəzən cəmiyyətlər qılıncın gücü ilə deyil, ruhun və düşüncənin işığı ilə yüksəlir. Qriqori Petrovun “Bəyaz Zanbaqlar Ölkəsində” əsəri məhz belə bir yüksəlişin hekayəsidir. O, Finlandiyanın bataqlıqlardan, cəhalətdən necə aydınlığa doğru yol aldığını göstərir. Bu əsər yalnız bir millətin tarixini izah etmir, həm də hər bir fərdin daxili dirçəlişinin, özünü aşmasının, tənbəlliyə və laqeydliyə qarşı mübarizəsinin fəlsəfi simvoluna çevrilir. İnsanın daxili dünyası torpaq kimidir. O, nəyi bəsləyirsə, onu da biçir. Bəzi torpaqlar nəm və qaranlıqdır, illərlə becərilmədiyi üçün çətinliklə məhsul verir. Bəziləri isə şüurun əli ilə işıqlanır, zəhmətlə münbitliyə qovuşur. Finlandiya bu torpaqların ikincisini təmsil edir. Zolaq-zolaq zəhmətlə, maarifləndirmə ilə, vətəndaş ruhunu oyatmaqla formalaşan bir ölkə. Petrovun fəlsəfəsi budur: millətin və insanın dəyişməsi, ancaq onun öz içindən gələn iradənin oyanması ilə mümkündür. Əsərin əsas ideyası sadədir, lakin dərin və təsirlidir. Cəmiyyətin inkişafı yalnız hökmdarların, siyasətçilərin, ya da liderlərin əli ilə baş vermir. Gerçək inqilab, gerçək dəyişiklik, insanların öz talelərinə sahiblənməsi ilə başlayır. Müəllimlərin, əsgərlərin, həkimlərin, sənətkarların, hətta bir qəssabın və ya dülgərin öz işini sevgi və şüurla görməsi ilə cəmiyyət ayağa qalxır. Petrov göstərir ki, insan yalnız çörəklə yaşamır. O, həm də ideallar, məqsədlər, ruhən ucalmaq arzusu ilə qidalanır. Snelman bu idealların təcəssümüdür. O, yalnız bir maarifçi deyil, həm də zəkanın və iradənin hərəkətverici gücünü simvolizə edir. Onun fikirləri cəmiyyəti qəflət yuxusundan oyadır. Amma burada diqqət çəkən məqam odur ki, Snelman tək başına bir xilaskar deyil. Onun sözləri yalnız cəmiyyətin artıq oyanmağa hazır olan təbəqələrində kök sala bilir. Deməli, heç bir lider və heç bir fikir təkbaşına möcüzə yarada bilməz. Əgər zəmin boş və ölüdürsə, ən dəyərli toxum belə orada cücərməz. Petrovun əsəri bir çağırışdır. Təkcə millətlərə deyil, fərdlərə də ünvanlanmış bir çağırış. “Sən nəyin içindəsən? Sənin ruhun hansı torpaqda boy atır? Qaranlıqda, yoxsa işıqda?” Əsər sübut edir ki, həyatın, cəmiyyətin və insanın inkişafı təbii bir proses deyil. O, seçimin nəticəsidir. Qərar verməyin, iradənin, düşüncənin və fəaliyyətdə olmağın nəticəsi. Finlandiya bir vaxtlar bataqlıq idi. Amma insanlar bu torpağı tərk etmədilər. Onlar ağ zanbaqların çiçək açdığı bir vətənə çevirdilər. Bəlkə də əsərin ən mühüm fəlsəfi dərsi budur: həyat səni harada qoyursa-qoysun, o yeri işıqlandırmaq sənin əlindədir. Cəmiyyət qaranlıq içində də olsa, əgər bir insan düşünməyi, inkişaf etməyi və yaratmağı seçirsə, o, öz ruhunun içində bir “bəyaz zanbaqlar ölkəsi” qurmuş olur. Beyaz Zambaklar ÜlkesindeBeyaz Zambaklar Ülkesinde
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Kızıl Panda Yayınları · 2023124,5bin okunma
·
33 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.