Gönderi

150 syf.
8/10 puan verdi
·
4 günde okudu
Kitab elmlə Tanrını ayıran bir çox məsələyə işıq tutulub. Elmin və fəlsəfənin dindəki yeri, araşdırılıb və izah olunub. Bütün cavablar da elmi formada verilib. Bir çox sualınıza cavab tapa bilərsiniz. Birinci bölmə, " Termodinamika, Fəlsəfə və Tanrı" adlanır. Kainatın başlanğıcı və sonu olduğu fizaka qanunları çərçivəsində izah olunur. Möcüzələrin elmi qanunlara tabe olaraq necə baş verdiyini anlayacaqsınız. İkinci bölmə, " Din fəlsəfəsinə görə nisbilik nəzəriyyəsi" adlanır. Bu bölmədə nisbilik nəzəriyyəsi və onun Tək Tanrılı dinlərdə yerini öyrənəcəksiniz. Tanrı və Kainat arasında münasibətə müəyyən baxış bucağı qazanmış olacaqsınız. Üçüncü bölmə, " Kvant Nəzəriyyəsi və Tanrı-Kainat Əlaqəsi" adlanır. Dördüncü bölmə isə "Bədən-Ruh Dualizminə Teoloji Aqnostik Münasibət" adlanır. Bu bölmədə ruh-bədən, beyin kimi mövzular yer alır. Hətta gələcəkdə robotların insan kimi düşünə biləcəyimi kimi müzakirəli mövzular yer alır. İnsanı təqlid edən robotlar insan kimi nə qədər düşünə bilər? Bu suallara aydınlıq gəlmiş oldu. Dövrümüzün aktual mövzusudur. Kitab məqalələrdən, sistemli formada hazırlanmışdır. Fizika və kainat bağlı bir çox nəzəriyyə ilə bu kitab vasitəsilə tanış oldum. Beyin yandıran kitab demək olar. Kitabın dilini başa düşmək üçün, bilmədiyim mövzular haqqında isə kiçik araşdırma aparmaq kifayət etdi.
Modern Bilim Felsefe ve Tanrı
Modern Bilim Felsefe ve TanrıCaner Taslaman · İstanbul Yayınevi · 2008257 okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.