Keçmiş üçün darıxmaq, sanki bir zaman kapsulunda ilişib qalan bir hisdir. Nə qədər irəli getsən də, beyninin bir küncündə o xatirələr hələ də canlıdır. Hərdən elə gəlir ki, bir pəncərə açsam, ordan uşaq vaxtı baxdığım mənzərə görünəcək, ya da bir küçədən dönsəm, itirdiyim günlər gözləyəcək məni.O günlərin havası, qoxusu, insanların səsi—hamısı indi yalnız xatirələrdədir. Bəlkə də, o zamanlar daha sadə, daha saf hiss edirdin özünü. İndi isə hər şey dəyişib, amma sən içində o köhnə duyğuları qoruyub saxlayırsan.
Keçmiş getdi, amma izləri qaldı—söhbətlərin yarımçıq qalan sətirləri, toxunulmamış əşyaların üstündəki toz, bir də heç vaxt eyni hislə içilməyəcək çaylar…