Waris Dirienin avtobioqrafik kitabıdır. O, kitabın müəllifi və baş qəhrəmanıdır. Waris Dirie Somalidə doğulmuş, ağır həyat şəraitində böyümüş və sonra dünyaca məşhur model və qadın hüquqları müdafiəçisi olmuş bir şəxsdir. Kitab onun uşaqlıq illərindən başlayaraq model kimi karyerasına və qadın sünnətinə qarşı apardığı mübarizəyə qədər həyat yolunu əks etdirir.
Səhra sərt və çətin bir mühit olsa da, orada böyüyən bir çiçək azadlığın və yaşamaq uğrunda mübarizənin rəmzi kimi görünə bilər. Waris də bu mübarizədən qalib çıxıb və həyatını qadın hüquqlarına həsr edib. Bu obraz təkcə bir insanın həyat hekayəsini deyil, eyni zamanda minlərlə qadının yaşadığı ağrını və onların azadlıq uğrunda mübarizəsini də təmsil edir.
Kitab fərqli mədəniyyətlərdən və həyat tərzlərindən olan insanların həyatına işıq saldığı üçün oxucunun empatiyasını artırır.
Kitab sadə, lakin güclü və təsirli dildə yazılıb. Waris Dirie uşaqlıq xatirələrini çox səmimi və emosional şəkildə bölüşüb, oxuduqca isə onun ağrısını və sevincini hiss etmək çətin olmur. Hadisələr gerçək olduğu üçün kitab daha da təsirlidir .