Əsəriin dərin emosional və mənəvi təsiri var. Toxunulan mövzular ədalətsizlik, vicdanın sınağa çəkilməsi, rüşvətxorluq və mənəvi dəyərlərin aşınması insanı düşünməyə vadar edir. Oxuduqca insan, öz həyatında hansı prinsiplərə sadiq qalmalı olduğunu və cəmiyyətin təsiri ilə nə qədər dəyişə biləcəyini sorğulamağa başlayır.Əsər oxucuya göstərir ki, haqsızlığa qarşı çıxmaq bəzən böyük risklər daşıyır..
Əsərin baş qəhrəmanı Aslan Məmmədovdur. O, dürüst və vicdanlı insandır, amma cəmiyyətin əxlaqsızlıq və rüşvətxorluq girdabına düşməmək üçün böyük daxili mübarizə aparır.. Aslanın həyatında yer tutan qadın obrazıdır, Nərgiz.. O, mərd və vicdanlı bir insandır, həmçinin, əsərdə insan duyğularının, sevginin və mənəvi dəyərlərin necə sınaqdan keçirildiyini göstərən simvollardan biridir. Əsərdə müxtəlif insan taleləri vasitəsilə vicdanın sükutunun necə fəlakətlərə yol açdığı göstərilir.
Əsas qəhrəmanlar rüşvətxorluğun və haqsızlıqların içində sıxışıb qalan insanlardır.Bəzi səhnələr insanı məyus edir, bəziləri isə qəzəbləndirir və etiraz hissi oyadır.