Çingiz Abdullayev çox sevdiyim yazarlardandır. Detektiv kitabları sevirəm, amma bu kitab biraz xəyal qırıqlığı yaşatdı mənə düzü. Bilmirəm bəlkə zövq məsələsidir. Kitablarda cinsi mövzuların çox açıq aşkar danışılmasını və əsas hissəsini tutmasını heç xoşlamıram. Düşünürəm ki, bunlar olmadan da yazılan yetərincə gözəl detektiv kitablar var. Demək olar ki, kitabın çox hissəsində baş qəhrəmanın cinsi həyatından qadınlara olan baxışından və s. danışılırdı. Səhifə 200-ə çatmışdım hələ heç bir cinayət yox idi, aksion az idi, düzdür kitabın yazılma üslubundan asılı olaraq cinayətin baş verməsinin səbəbinin bizə aydın olması üçün gedişat belə idi, amma yenə də digər kitabları ilə müqayisə etsəm sönük qalır deyə bilərəm. Amma təbii ki , kitabın bizə çatdırmaq istədiyi əsas ideya qəşəng idi. Hamımızın özümüzə belə etiraf edə bilmədiyimiz şeylər var. Kitabı oxumaq istəyən varsa, dediyim şeyləri nəzərdən keçirərək qərar verə bilər. Etiraflar Vadisi
Etiraflar VadisiCengiz Abdullayev · Teas Press Nəşriyyatı · 0102 okunma