Puan vermedi·500 syf.··
2025 10. kitabı
Bu kitab məktəbdə oxuduğum vaxtlar qarşıma çıxmışdı və mən bunu mütləq oxuyacam demişdim. Təsadüfən sonralar bu kitabı görəndə aldım və oxuyarkən ilk başlarda çox sıxıldım və yarıda qoyub başqa kitablar oxudum. Yenidən kitabı davam etməyə başladım. Kitab o qədər maraqlı idi ki, sanki kitabın içində imişəm kimi hiss edirdim və niyə daha əvvəl bitirmədiyimə heyifislənirdim. İki gəncin sevgi hekayəsini danışan bu kitab, müharibə illərində baş verənlərdən də bəhs edir. Ayrı dünyanın insanları olan iki gəncin bir-birini sevməsindən və onların ayrılıqlarından bəhs edir. Ancaq illər sonra yenidən bir araya gəlirlər… Love, love, love… Nə qədər uzaqda olsalarda, bir-birilərindən ayrı düşsələrdə hər zaman bir-birlərinə sadiq olmaları gerçək sevginin olduğunu göstərir. Mənə görə çox təsir edici bir kitab idi, oxuyarkən həm həyəcanlandığım, həm də ağladığım bir kitab oldu… Oxuyub aşırı dərəcə bəyəndiyim kitablardan birisən
Kapitan Korellinin MandolinasıLouis de Bernieres · Yay Nəşriyyatı · 2017557 okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.