·160 syf.··Beğendi
···Okunma: 14 Mart 2025 11:28 Çöküş Albert Kamunun qələmə aldığı son əsərdir. "Yad" əsərinən sonra "Çöküş" əsərini oxumaq məsləhətmiş. Məndə yoxladım :D
Din, insanların bir-birinə olan davranışları, insanların əxlaqi davranışları üzərində çöküşü izah edən bir kitab. Baş qəhrəmanımız başına gələnləri qarşısında bir şəxs varmış kimi danışıb, əslində heç kimin olmadığını və öz-özünə danışdığını rahat şəkildə hiss etdirir. (Fight club filmindəki kimi)
Hadisələr Amsterdamda baş verir. Qəhrəmanımız Klamans (bu dəfə nədənsə obrazımızın adı var) vəkildir. İnsanlara yaxşılıq edirmiş kimi görünərək, insanların düşdüyü vəziyyətdən həzz alır. Öz düşüncəsinə görə onun hiss etdiyi həzzlərdən insanlar çox uzaqdır və "kifləniblər". İnsanlardan hörmət görmək və onlardan üst səviyyədə yaşamaq onu xüsusi hiss etdirir. Özünü o qədər xüsusi zənn edir ki, seçilmiş insan olduğunu (bir növ Peyğəmbər) düşünür.
Həyatını güllük-gülüstanlıq içində yaşayan qəhrəmanımız yağışlı bir gecədə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi ilə alt-üst olur. O ana qədər sahib olduğu bütün düşüncələr, hansı ki bütün həyatını əhatə edən varlıq, günah, azadlıq, həyat , ölüm kimi anlayışlar öz mənasını itirir. Bundan sonra vicdanı ilə mübarizə aparır. Qızın intihar edərkən eşidilən çığırtı səsi Klamansı həyatı boyunca izləyir.
Kitabın maraqlı hissəsi burda başlayır. Çünki elə bir insanın vicdani hislər yaşaması gülüncdür. İnsanlara kömək etdiyi üçün onları aşağı səviyyədə görən, qadınları öz istəklərinə çatmaq üçün vasitə kimi istifadə edən, qatillərlə günahsız insanları eyni səviyyədə saxlayan, əxlaqi dəyəri olmayan insanın vicdanı necə ola bilər?
İnancı mövzusunda dürüst ola bilməyən, həmçinin qorxaq və ikiüzlü davranan insanların bir çığırtı səsi ilə əsrlər öncədən çöküşə başladığını və bundan qurtulmağın mümkün olmadığını Albert Kamu çatdırmaq istəyib. Nə qədər dini mövqedən yanaşmasada o çığırtını bir növ İsanın çarmıxa çəkilərkən ətrafa yayılan çığırtısına bənzətmək istəyib.
Albert Kamu "Həyat absurddan başqa bir şey deyil" ideologiyasına əsasən fərqli qəhrəmanları eyni düşüncə tərzinə əsasən formalaşdırması daha çox əsərlərini oxumağa vadar edir.
Xoş mütaliələr :D