·704 syf.····Okunma: 28 Mart 2025 19:08 Oblomovun məzmunu haqqında demək olar, hamımız az-çox bilirik. Elə tənbəlliyi ilə məhşurluğu bəs edir. Ancaq, necə deyərlər, bunun o biri tərəfləri də var. Yəni nə oxudum, nə anladım, kim idi bu Oblomov? Niyə bu insan tənbəl, ərincək bir insana çevrildi? O qədər suallara cavab tapmaq üçün girişdim oxumağa. Amma bu oxumağım elə Oblomovçuluğa uyğun oldu. Çox uzun vaxta. Halbuki, əsər çox sadə, anlaşıqlı, digər klassikalar kimi yormayan, uzun təsvirlərdən ibarət olmayan bir klassika idi. Nəysə çox uzadıb boş-boş fikirlərlə yormayım sizi
Deməli, bu insanın ruh halı oxuduqca, mənə belə pis təsir edirdi)) Amma hər dəfə Ştolsu görəndə deyirdim, yox, özünə gəl, sən Oblomov deyilsən)).
Bir tərəfdən ona üzülürdüm, insanın ruh halı bu qədər düşkün ola bilməz deyirdim. Ştoltsla aralarlnda dağlar qədər fərq olmasına baxmayaraq, bu iki zidd xarakterin bir-biri ilə dostluğuna da rəğbət bəslədim. Ştoltsun ona olan sevgisi, möhkəm dostluq bağları, göstərdiyi dirənişlər belə Oblomovu dirçəldə bilmədisə, daha gerisini siz düşünün
Digər tərəfdən isə Oblomova yazığım gəlsə də, əslində onun belə olmasının ilk səbəbkarları ailəsi idi. Oynamasın, yıxılmasın, dərsə getməsin, ağlamasın, birdən başına nəsə gələr və s. bu kimi yorucu tərbiyə elə Oblomovun ruh düşkünlüyünə, xarakterinin zəifliyinə gətirib çıxardı.
Eh Oblomov, nə qədər tənbəl olsan da, doğru düşüncələrin, insanı özünü sorğulamağa vadar edən fikirlərin var idi. Keçirdiyin təəssüf hisslərin, sevginə göstərdiyin hörmət, dostluğuna olan sədaqətin məndə sənə qarşı rəğbət hissi oyatdı. Arada çaba göstərdin zamanla ayaqlaşmağa, həyatını düzənə qoymağa. Amma yenə də sinifdə qaldın)) Sonun məni çox üzdü(( Amma səni oxumaq, tanımaq, yol-yoldaşı olmaq çox xoş oldu.
Təkcə Oblomovdan danışıb, Zaxarı unutmaq ayıb olardı. Nə qədər zəhər tuluğu olsa da, sahibini ən yaxşı tanıyan onun daxili aləmini ən çox bilən elə Zaxar idi. Oblomovla dialoqları isə möhtəşəm idi)) Elə adamın belə qulluqçusu olar
Oxuyun, oxutdurun Tənbəllikdən uzaq durun