·232 syf.··Beğendi
···Okunma: 01 Nisan 2025 21:41 Kitab 44 günlük Vətən Müharibəsindən bəhs edir. Bu 44 gün ərzində torpaqlarımızı geri qaytaran, suverenliyimizi bərpa edən və adını belə bilmədiyimiz qəhrəmanlarla tanış olmaq mümkündür. Anım günündə yürüyüş zamanı Prezidentimizin əlində tutaraq yürüyüşə qatıldığı baş leytinantın kim olduğunu və niyə məhz onun şəklini daşıdığını öyrənmək olar.
Kitabın müəllifi yazıçı deyil, jurnalist olduğu üçün romanlarda qarşılaşdığımız bədii təsvir vasitələri və ədəbi üslubu çox istifadə etməyib, dümdüz yazıb. Amma müəllif özü də Birinci Qarabağ Müharibəsi zamanı uşaq vaxtı qaçqınlıq həyatı yaşadığı və İkinci Qarabağ Müharibəsi zamanı da son günə qədər cəbhələrdə olduğu üçün o hissiyatı mükəmməl bir şəkildə oxucuya çatdıra bilib.