9/10
·80 syf.··
Beğendi
·
2025 22. kitabı
·
19 saatte okudu
·
Okunma: 02 Nisan 2025 18:26
Sokratdan sonra ən sevdiyim filosof olan Senecanın nəhayət kitablarını oxumağa başladım. İlk öncə onu qeyd edim ki, ürəyi zəif olanlar kitabı oxumasın. Çünki, həyatın reallıqlarını və fikir vermədiyimiz nüansları Seneca üzümüzə çırpdığından dedikləri bir az ağır gələ bilər. Kitab iki hissədən ibarətdir. 1)Xoşbəxt həyat üzərinə 2)Həyatın qısalığı üzərinə Hər hissəni ayrı-ayrı izah etməyəcəm ki, oxumağa da nəsə qalsın :D Seneca kitabında insanlara zamanı necə idarə etmək olar və necə mənalı həyat yaşamaq olar düşüncəsi üzərindən nəsihətlər verir. "Həyatın uzun olduğunu amma düzgün zamanı idarə edə bilmədiyimiz üçün bizə qısa göründüyünü" qeyd edir. Ümumi olaraq xoşbəxtlik, həzz, fəlsəfi həyat, təlaş, həyata gecikmə, yaşaya bilməmə üzərindən danışır. Başlanğıcda "Hamı uzun yaşamaq istəyir amma heç kimi yaxşı yaşamaq istəmir" başlığı ilə başlayır. Seneca bunu belə ifadə edir : "Birinin ağ saçlarına və qırışlarına baxaraq uzun yaşadığını deməyin mənası yoxdur, o, uzun yaşamadı, sadəcə var oldu". Senecaya görə uzun yaşamaq, nəfəs almaq sadəcə var olmaqdı. Başa düşərək və mənalı yaşamaq isə həqiqətən yaşamaq deməkdir. Bir çoxumuz yaşayırıq, amma nə üçün yaşadığımızı belə bilmirik. Həyatdan gözləntilərimiz nədir? Düz yaşayırıq yoxsa zamanın arxasınca qaçaraq onu əslində itiririk? Bizi xoşbəxt edən şeylər nədir? Xoşbəxtlik nədir? sualları verərək, içində it-bata düşürük. Seneca bu düşüncələrə az da olsa yön verməyimiz üçün köməklik göstərir. Kitabda belə bir hissə var: "Hər kəs xoşbəxt yaşamaq istəyir, amma həyatı xoşbəxt edən şeyin nə olduğunu görmək mövzusunda zehinləri kordur." Əslində günümüzdə daha çox rastlaşdığımız kütlə psixologiyası ilə bunu daha rahat görə bilirik. Sosial şəbəkələr vasitəsiylə hər daim nə etməli olduğumuz, səhər neçədə oyanmağın bizim üçün yaxşı olacağını, nə dinləməli ya da nə oxumalı olduğumuzu şüurumuza yeridirlər. (Əslində buna icazə verən bizik amma xəbərimiz olmur) "You can do it", "Sən bacararsan" adı altında bizim ruhumuzu yansıtmayan şeyləri həyatımıza daxil edirik və sonda öz səsimizi itirib, başqa insanların həyatlarını öz həyatımızda tətbiq edirik. Seneca burda deyir ki :Ruh üçün nəyin yaxşı olduğuna , icazə ver ruh özü qərar versin. Bunun üçün isə insan özünü bilməli və ona görə həyatına davam etməyi bacarmalıdır. Kitab üzərindən uzun-uzadı yaza bilərəm, amma gerisini oxumaq istəyənlər üçün saxlayıram. Kitabı oxuyub, müzakirə etmək istəyənlərlə isə məmnuniyyətlə müzakirə edə bilərəm <3 Hər bir halda, hər kəs həyatında bir dəfə də olsa, Seneca ilə rastlaşmalı və onun həyata baxışından baxmağa çalışmalıdı deyə düşünürəm. Ən azından yaşamaq asan olduğu halda, onu çətinləşdirməyə çalışdığımızı bilməliyik. Uzun sözün qısası, hər birinizə xoş mütaliələr :D
Mutlu Yaşam Üzerine – Yaşamın Kısalığı ÜzerineSeneca · Türkiye İş Bankası Kültür Yayınları · 202514,6bin okunma
·
86 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.