Amin Maaloufdan oxuduğum üçüncü kitab idi. Müəllif bu dəfə də əsrarəngiz bir hekayə ilə məni kitaba bağladı. İkicə günə bitdi. Çünki kitabı kənara qoyan kimi məni obrazın taleyi düşündürürdü. Həm də kitabın təhkiyəsi, dili o qədər ləzizdir ki, ayrılmaq istəmirdim. Sanki bir xoşsöhbət, zövqlü insanla iki günlük dünyadan uzaqlaşdım. Bir sözlə möhtəşəm!