Bəzən böyük problemin həllini böyük şeylərdə görsək də əslində yolu kiçikdən keçir. Müəllifin dediklərində də bu öz təsdiqini tapır: “Vesvesede bir insanın yapması gereken şey hiçbir şey yapmamasıdır.” Absurd səslənsə də, onun üçün verdiyimiz mücadilə əslində şeytanı ruhlandıran əsas vasitədir.
Əsərdə qarşılaşdığım hissələrin çoxu gündəlik həyatımdan tanış idi. Çünki “overthinker” olmağıma məruz qoyan fikirlərin cavabı ilə kitabda qarşılaşdım. Yəni, şişirdilməyə və hər kəs tərəfindən oxunulması mütləq olan bu əsərin fikirlərimizə doğru rəhbər olduğunu düşünürəm. İnsanlara qarşı gələn hər hissin səndən olmadığını və bəzən o hissləri kiçik bir uşağın şıltaqlığı kimi görüb yola verməyi bacarmalısan.
Çox çox nüansla qarşılaşdım, onları yazmaq yerinə kitabı tövsiyə etməyin daha doğru olduğunu düşünürəm….