Puan vermedi·256 syf.····Okunma: 09 Nisan 2025 14:14 Agatha'dan oxuduğum II əsər idi. Detektiv motivləri ilə yenidən diqqəti cəlb etməyi bacardı. Həqiqətən, çox maraqlı və axıcı idi. İlk başda heç ağlımıza gəlməyən birinin sonda qatil çıxması hər zamanki kimi yazıçının professionallığını göstərir. İlk başlarda, xüsusilə I fəsli oxuduqda çox qarışıq gəlmişdi mənə, belə ki bu qədər adamı və hekayələrini necə yadda saxlayacağımı bilmirdim, bu səbəbdən oxuduqca qeydlər tutmağa çalışırdım. Lakin sonradan hadisələr irəlilədikcə hər bir obrazın spesifik keçmişi, hazırki vaxtına necə təsirini öyrənmiş oluruq. Qatilin o qədər incəliklə adadakıları(Anthony Marston,Mrs. Rogers,general Makarthur,Mr. Rogers,Emily Brent,hakim Uorqreyv (saxta ölüm)Dr. Armstronq,William Blore, Philip Lombard, Vera Claythorne, hakim Uorqreyv(qatilin heqiqi ölümü))öldürməyə çalışması və sonda özünü öldürməsi ən həyəcanlı hissələri idi. Xüsusilə epiloqdan əvvəlki son fəsillər maraqlı idi, hansı ki orada Vera'nın Lombardı öldürməsi və Huqonu xatırlayaraq intihar etməsi. Qısacası, çox bəyəndim.