Qasırğa qısa olmasına baxmayaraq, olduqca maraqlı və axıcı bir kitab idi.
Əsərin əsas qəhrəmanı İda, ilk dəfə belə duyğularla, sevgi ilə qarşılaşan bir qadındır. Bu təcrübəsizliyi də yaşadığı hisslərin əsirinə çevrilməsinə səbəb olur. İda tez güvənib, bağlandı. Və bəlkə də onun ən böyük səhvi də elə bu oldu. Amma bu, onu zəif yox, insani edən bir şeydir. Çünki sevgi bəzən insanı kor edir. Qarşısındakı reallığı görməsinə mane olur.
Əsərdəki "qasırğa" sadəcə təbiət hadisəsi deyil. Bu, həm də İdanın içində baş verən emosional fırtınadır. Sevgi ilə başlayan, aldanışla davam edən və sükutla bitən bir hekayə…
Qasırğa povesti insani duyğuları, güvənin və ehtirasın yaratdığı fəsadları qısa, lakin güclü bir şəkildə izah edir. Həm dil baxımından sadə və rahat oxunan, həm də mövzu baxımından düşündürücü bir əsərdir.
QasırğaTheodore Dreiser · Qanun Neşriyyat · 2018200 okunma