Böyük adamdan kiçik həcmli böyük əsər.
10/10
·96 syf.··
Beğendi
·
2025 8. kitabı
·
Məhəmməd Əmin Rəsulzadənin 1920-ci ildə, Lahıcda gizlənərkən Firdovsinin "Şahnamə" əsərindən "Siyavuş" hekayəsini oxuyaraq təsirləndiyi, onunla birgə gizlənən dostuna: "Arkadaş, tariximizin Siyavuşunu oxudun. İndi sənə əsrimizin Siyavuşunu yazacağam",- deyə bu kitabı yazmaq istədiyini bildirdiyi o əsər məhz "Əsrimizin Siyavuş"udur. Kitabın çap olunmasının da qəribə bir tarixi var. Belə ki, Lahıcda yazılan bu əsər orada çap olunmur. Əlində cızma-qarasıyla gəzən M. Ə. Rəsulzadə qaçarkən nüsxənin üzünü səliqəli şəkildə köçürür, onu bir kəndliyə verir. Özündə isə cızma-qaranı saxlayır. Sonra sovet hökumətinə tutularkən həmin o cızma-qaranı yandırır. Çox sonralar, Rəsulzadə Türkiyədəykən həmin o kəndli necəsə bir yolla o əlyazmanı göndərə bilir. Təhlükəsizlik səbəbilə, təəssüf ki, həmin insanın adı verilmir. (Aşağıda spoiler mövcuddur) Əsər Şərqdə ilk müstəqil, respublika idarəli dövlət olan Azərbaycan Xalq Cümhuriyyətindən danışır. Siyavuşun ömründəki yüksəliş, ətrafdakılarla yaxın və yaxşı münasibət və ölümü AXC-nin yaranmasından süqutuna kimi olan dövrü təsvir üçün istifadə olunur. Qısa müddət (23 ay) mövcud olmasına baxmayaraq, Azərbaycan tarixində demokratik prinsiplərlə idarə olunan bu dövlət bir çox islahatlar aparmış, Bakı Dövlət Universitetini yaratmışdır, 100 nəfər şagirdin təhsilinə burda başlanmışdır. Lakin Aprel istilası səbəbilə bu dövlət süqut edir, bu dövlətin banilərindən olan bir çox şəxslər ya mühacirət edir, ya da repressiya qurbanı olur. Belə, bu yazı da belə bitdi. Diləyirəm ki, yazı xoşunuza gəldi. Gələn yazılarda görüşənədək. Oxuduğunuz üçün minnətdaram.
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019168 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.