8/10
·296 syf.··
2025 12. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Nisan 2025 10:57
Bu müəllifdən oxuduğum ikinci kitabdır, daha öncə "The Painted Veil" oxuyub bəyənmişdim. Müəllifin üslubunda ən bəyəndiyim şey danışdığı hekayədə onu yazmasına səbəb olan nüansları oxucuyla qəhrəmanının dilindən bölüşməsidir. Əvvəlcə oxucunu sanki süjet xəttinə daxil edir, ardından söhbət etməyə başlayır. Əsərə gəldikdə, rəssam Paul Gauguin həyatı əsas götürülərək yazılıb, amma onun bioqrafiyası deyə bilərik mi, məncə xeyr, çünki çox detal dəyişdirilib. Hər şeydən öncə rəssamdan ingilis Strickland soyadında şəxs olaraq bəhs edilir. Eləcə də, Van Qoqla dostluğu, Qoqun qulağını kəsməsiylə nəticələnən qalmaqalları, Parisdə impersionistlərin çevrəsindəki şöhrəti və s. Əsərdə Gauguin tamamilə vecsiz, hər şeydən təcrid olunmuş şəkildə həyat sürən və öz məqsədləri üçün insanları asanlıqla yoldan çıxararaq qurban verəcək insan kimi təsvir edilir. Maugham rəssamın həyatından təsirlənərək öz fantaziyasını işə salıb sadəcə. Tərki-dünya rəssamın mövcudluğunda sənətkarın yaratdığı əsərlə bağlılığı, yaratma prosesi, yaratmağın önəmi və yaradılan əsərin təqdirə ehtiyacı olub olmaması mövzusu sadə və oxucunu düşündürəcək şəkildə işlənib. Bir əsərdə oxuduğum abzasdan sonra fasilə verib "bir dəqiqə, mən olsam nə edərdim?" sualını verirəmsə, bu əsər o əsərdir.
Ay və Qara QəpikW. Somerset Maugham · Qanun Nəşriyyatı · 2015750 okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.