·224 syf.····Okunma: 23 Nisan 2025 11:25 Niyə bilmirəm, əsəri çox da bəyənməyəcəyimi düşünürdüm. Müəllifin ilk romanıdır, əslində oxuyanda - cümlələrin sadəliyindən və Nuriyənin iç dünyasına aid düşüncələrinin bəzən özünü təkrarlamasından anlamaq olur. Amma! Əsər o qədər səmimi yazılıb ki, oxuyanda özünü o insanların arasında hiss edirsən. Nuriyənin hekayəsinin belə bitməsi məni kədərləndirdi, əslində onun üçün elə də pis sonluq deyildi, amma eşqi bir başqasında tapmasını çox istəyərdim. Qaldı ki Murada, o Nuriyənin sevgisinə layiq deyildi heç, Nuriyəni arxada qoyub "istəyərək" başqasıyla evlənib sonra mübahisə olan kimi Nuriyəni axtarması sevgi deyildi, sonda bunu daha yaxşı başa düşürük.
Bundan başqa, sovet təsiri ilə yazılsa da, insan əməyinin rolu və zəhmətkeşliyin təbliği gözəl işlənmişdi, oxuyanda zövq aldım.