1930–1938-ci illərdə Sovet İttifaqında baş verən Stalin repressiyaları zamanı canını xilas etmək üçün “Oxuma, tar, oxuma, tar, səni sevmir proletar” şeirini yazmış Süleyman Rüstəmə qarşı, Mikayıl Müşfiq “Oxu, tar, oxu, tar, səni kim unudar?” şeirini yazır və bununla da Stalin repressiyasının hədəfinə çevrilir.
Canını qurtarmaq üçün ondan Hüseyn Cavidin əleyhinə şeir yazması tələb olunur. Lakin Süleyman Rüstəm və Səməd Vurğun kimi Hüseyn Cavidin əleyhinə qələmlərini itiləyənlərin əksinə, Mikayıl Müşfiq: “Mənim sağ əlim Hüseyn Cavidin əleyhinə iki kəlmə yazarsa, sol əlimlə onu kəsib ataram” — deyir və bununla da NKVD tərəfindən həbs olunur.
1938-ci ilin yanvarın 6-da, gecə saatlarında güllələnərək öldürülür.
Bu hadisə, Sovet repressiyalarının Azərbaycan ədəbiyyatına vurduğu dərin zərbənin acı nümunəsidir.