Gönderi

Bir inancın əsirliyində keçən ömür
#Kitab analizi Bir inancın əsirliyində keçən ömür... Vladimir Bartol- "Fədailərin Qalası Ələmut" İlk Siyasi İslam terrorçuları yetişdirən - əzəmətli, mistik Ələmut Qalası... Və Hasan Sabbah-bir dövrün qorxulu yuxusu(dostlara güvən, düşmənə gözdağı)... Mənə görə Şeytan var olsa idi, bu dünyada mürid onu seçərdi: Hasan Sabbah... Dünya üzərində mütləq həqiqət yoxdur, hər "Həqiqət" onu qavrayanın baxış bucağına görə dəyişir... Sabbah ifadə edirdi ki; Əgər həqiqət subyektivdirsə, demək hər şeyə icazə vardır... Sən insanlara nəyi həqiqət kimi göstərirsənsə, onlar onu yaşayacaq... Hasan Sabbahın fəlsəfəsi bu idi və bu fəlsəfəyə əsasən ilk dəfə narkotik'in (Xaşxaş- Haşhaşilər adı da buna əsasən yaranır) təsiri ilə insanları cənnətin olduğuna inandırdı... Axxx, Saxta Cənnət: Daima öz varlığını qoruyub saxlayır... Bir zamanlar Sabbah bunu vizual fikir olaraq insanların beyninə yerləşdirdi, modern dünyamızda isə sadəcə fikirdə yaşayır bu "Saxta Cənnət"... Bir insana təsir etmək istəyirsənsə, ilk növbədə onun inancına toxun ifadəsini soyuqqanlılıqla həyata keçirirdi Sabbah... Azadlıq nədir...?! Bəlkədə hər birimiz "Azadlıq İllüziyası" nı yaşayırıq... İnsan daima öz azad iradəsi ilə hərəkət etdiyini zənn edir... Öz həqiqətini sorğulamadan yaşayan insan, daima kiminsə alətinə çevrilir... Hasan Sabbah bəlkə də tarixdə ilk dəfə: -Terror fəlsəfəsinin əsasını... -Psixoloji müharibənin əsas prinsiplərini... -Və "Azadlıq" anlayışının nə qədər aldatmacalı olduğunu kütləvi şəkildə tətbiq edən ilk lider oldu... " Cənnət -inandığın qədər var"(nəticədə hərşey inandığın qədərdir)... Bu sitat müasir ideologiyaların, ekstremist təmayüllərin əsasını əmələ gətirir... Radikal dini qruplar, Siyasi fanatizm, Sektalar bu inancın real dünyadaki tətbiqidir... "Heç bir şey həqiqət deyil, hər şey mübahdır"... Bu ifadə bugünkü post-həqiqət dövrünün simvoludur... -Sosial şəbəkələrdə, siyasətdə və mediada insanlar artıq obyektiv həqiqətə deyil, öz versiyalarına inanırlar... -Fake news, Deepfake , Təsdiq qutusu kimi anlayışlar artıq insanların istədiyi " həqiqəti " seçdiyini göstərir... "Ələmutun səsləri bu gün hər yerdədir... Hasan Sabbahın fəlsəfəsi: Siyasi kampaniyalarda, kütləvi informasiya vasitələrində, ekstremist hərəkatlarda, sosial mediada, hətta reklam alqoritmlərində özünü göstərir... -İnsanlar yenə inanır çox vaxt və niyə inandıqlarını bilmədən... Dərvişin biri mədrəsədə dərs keçərkən ifadə edir: - Bu dünyada həqiqət yoxdur!... Rasional Şagirdlərdən biri soruşur: + Bəs bu dediyiniz həqiqətdir?!... Cavabında Dərviş: - Əlbətdəki, Yox!!!... Dedim axı yoxdur...
Duygu ve Düşünce
·
53 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.