10/10
·688 syf.··
Beğendi
·
2025 32. kitabı
·
27 günde okudu
·
Okunma: 26 Nisan 2025 19:49
Çarlz Dikkensin özünün də ən sevdiyi romanı olan "Devid Kopperfild" mənim də klassik ədəbiyyatda rast gəldiyim ən səmimi və təsirli hekayələrdən biri oldu. Həyatın amansız tərəfləri, insanın içindəki dirəniş gücü və zamanla formalaşan şəxsiyyət, bütün bunlar Kopperfildin taleyində o qədər canlı və incə şəkildə işlənib ki, oxuduqca onunla birgə yaşayırsan. Hər səhifədə hiss etdim ki, bu sadəcə bir qəhrəmanın həyatı deyil, sanki yazıçının özüylə də bir tanışlıqdır. Dikkensin dili həm sadə, həm də dərinliklə doludur. Həm güldürür, həm kövrəldir, həm də düşündürür. Klassika sevənlər üçün bu kitab bir xəzinədir. Və mənə görə, oxumaqla təkcə bir əsər bitmir, içində bir dünya başlayır.
Devid KopperfildCharles Dickens · Teas Press · 04,558 okunma
·
132 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.