Gönderi

Puan vermedi·496 syf.··
2025 8. kitabı
Ruhun yolu ilə sağalma: Medikal Medyumun yolu...      Anthony William "Medikal Medyum" Anthony William həkim deyil, lakin o tibbi bilikləri Ruhi mənbədən aldığını iddia edir... Müəllifə görə sağalmayan xəstəlik yoxdur,  sadəcə düzgün diaqnoz və müalicə yoxdur...   "Medikal Medyum" müasir tibb ilə ezoterikanın kəsişdiyi bir əsərdir... Kitabda yer alan bir çox məlumatlar elmi cəhətdən öz təsdiqini tapmayıb, buna görə bir çox tibbi mütəxəssislər bu bilgilərə ehtiyatla yanaşır... Kitab mənim kimi, bir çoxunuz üçün sıxıcı gələcək, lakin alternativ tibb ilə maraqlananlar üçün əla kitabdır... Xəstəliklərin necə yaranması, real xəstələr və onların sağalaması haqqında məlumatlar, bitki və meyvələrin faydaları, hansı xəstəlik üçün daha faydalı olduqları kitabın əsas məğzini təşkil edir... Kitabın ən sevdiyim cəhəti: -tibbi, emosional və ruhi ehtiyacları eyni anda qarşılayır... -Sadə və tətbiqi asan protokolları təklif edir. -Dərin ruhi narahatlıq yaşayan insanlar üçün ümid isiğidir... Meyvə və tərəvəzlərin energetik və vibrasiyalı gücü də təsvir olunub məsələn: -Yaban mersini( qara giləmeyvə) travma izlərini silən "şəfa meyvəsi" -kərəviz suyu "toxunulmamış təbiət möcüzəsi"ni daşıyan maye... -bal sevgi tezliyini yüksəldən təbii eliksir... Müəllifə görə: Xəstəlik əvvəlcə enerji sahəsində yaranır sonra bədənə enir . O, bağışlama , sevme , özünü dərke etme və daxili sakitlik kimi dəyərləri şəfa üçün zəruri sayır . Kitabda mələklərin hər zaman bizim yanımızda olduğu vurğulanır. Ən önəmli mələklərin adları və onları çağırmaq üsulları qeyd edilib... Kitaba uyğun filmlər: -Heal, The Secret, E-motion, Food Masters... The Secret filmində belə bir sitat vardı... " Sən ən çox düşündüyün şeyə çevrilirsən, amma həmdə hiss etdiklərini cəzb edirsən..." -Bədəninizin sağalması yalnız dərman və ya pəhrizlə deyil, daxili ruh halı ilə də sıx bağlıdır... -Sən sevgi, minnətdarlıq, ümidi hiss etdikdə , bu hisslər orqanizmin enerji sahəsini genişləndirir və sağalmanı sürətləndirir...
Medikal MedyumAnthony William · Nemesis Kitap · 202341 okunma
·
58 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.