Gönderi

Aktrisa Nuriyyə..)
Puan vermedi·224 syf.··
Beğendi
·
2025 28. kitabı
·
27 saatte okudu
·
Okunma: 13 Mayıs 2025 01:47
Əfəndiyevin ikinci məşhur əsəridir ki bitirdim. Əfəndiyevin dili sadə, lakin çox poetik və emosionaldır. Təbiət təsvirləri, insan duyğularının təsviri, dialoqların səmimiliyi və həyatiliyi insanı dərindən təsirləndirir. Əsərdə sanki tanımadığım bir qadının deyil, çox yaxından bildiyim,bir insanın həyatını oxuyurdum.Onun yaşadıqları, keçirdiyi daxili sarsıntılar çox ağır idi. O, başqasının etdiyi səhvlərə baxmayaraq dəyişmir, kin saxlamır. Onun tənhalığı çox tanış bir duyğudur. O ağrılarını qışqıraraq yox, səssizcə yaşayırdı. Bu susqunluğun içində o qədər şey var idi ki... bir insan bu qədər susaraq necə bu qədər danışa bilər, onu bu əsərdə anladım. Söyüdlərin altında axan arx, sanki Nuriyyənin içində axan göz yaşlarını simvolizə edir – sakit, dayanmadan, səssizcə axan… Bəzən səsimiz çıxmasa da, varlığımızla, duruşumuzla, sakitliyimizlə çox şey deyə bilərik.Bu kitab bir daha mənə göstərdi ki, bir insanın sakit duruşunda böyük bir həyat mübarizəsi gizlənə bilər. 𝙆𝙚𝙮𝙞𝙛𝙡𝙞 𝙤𝙭𝙪𝙢𝙖𝙡𝙖𝙧.
Alıntı
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
·
134 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.