Gönderi

Nəfəskəsici sonluq
9/10
·400 syf.··
2025 7. kitabı
İlk səhifəsindən son səhifəsinədək səssizliyin içində qışqırmağa vadar edən bir psixoloji triller. Susqunluğun əslində necə amansız bir silaha çevrilə biləcəyini göstərən təsirli bir kitab. Romanı oxuyarkən bəlkə də beynimdə yüzdən çox ehtimal qurmuşdum sonluqla bağlı, amma heç biri doğru çıxmadı. Möhtəşəm tərs köşə ilə sizi sözün əsl mənasında şoka salacaq bir əsər. Eyni zamanda kitab xəyanətin nə qədər amansız bir şey olduğunu və onun fəsadlarını da aydın şəkildə nümayiş etdirir. Romanın mərkəzində Alicia Berenson adlı məşhur rəssam dayanır. O, həyat yoldaşını amansızcasına öldürdükdən sonra bir daha danışmır. Roman səssizliklə başlayır – sözlər yox, rəsmlər danışır. Bu susqunluq insanın beynində narahatedici bir sual doğurur: "İnsan niyə danışmağı dayandırar?" və "Alicia niyə susur?" Yunan mifologiyasının əsərə qatdığı simvolik gözəllik, geriyə dönüşlər, rəsmlərlə uzlaşmalar və son səhifələrdə açıqlanan həqiqətlər nəfəsinizi kəsəcək. Mütləq oxuyun.
1000Kitap
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,7bin okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.