·404 syf.··Beğendi
···Okunma: 16 Mayıs 2025 13:27 “21 Kölgə Yoldaş” kitabı psixoloji triller janrında yazılmış, klassik Wulf Dorn kitablarından biridir. Yazıçı kitabın epiloqunda romanı yazmaq üçün ilhamını hardan aldığını izah edir və Nikkanın başına gələnlərlə oxşar şey yaşamış insanların düşüncələrini və təcrübələrini bir araya gətirdiyini yazıb. Buda əslində kitabı oxuyub bitirdikdən sonra kitabın gedişatında inanmadığım hadisələrə, inancımı artırdı.
Sürətli hadisə axını, itkin bir qız, araşdırmalar və təhlükə — oxucunu daim gərginlikdə saxlayır. Kitab keçmiş travmalarımızla üzləşməyin nə qədər çətin, amma üzləşməyin sağalmaq üçün yeganə yol olduğun göstərir. Bəlkədə ölümə yaxınlaşmağın yaşamağın əsl mənasını başa düşmək üçün bir fürsət olduğunu kitabı oxuyarkən çox yaxşı başa düşmək olur. Nikkanın dostu Zoyanı tapmaq üçün göstərdiyi mübarizə, sadiq və əsl dostluğun nə qədər önəmli olduğunu vurğulayır.
Yəni bu kitab:
Bir qədər triller, bir qədər dram, bir qədər fəlsəfə, bir qədər psixologiya, bir qədər dostluq, bir qədər mübarizə – amma heç biri “çox” deyil. Bütövlükdə isə çoxqatlı və maraqlı bir təcrübə yaradır.
Axıcılığı yüksək səviyyədədir və psixoloji janr sevən oxuculara töfsiyyə edəcəyim kitablardan biri oldu.
Xoş mütaliyələr.