Gönderi

Bir anda gələn yazma istəyi
¹Şeirlər də Tanrı kimi müqəddəs deyil daha Simlərim qırılmış, simam lap qara ²Gülüstanam sanki, hər yerim xaraba Ruhdaşlarımın daş olmuş ruhu o yana Körpə qəlb anadan ayrı düşəndən məhkum olmuş əzaba Kürdən dəliyəm, Xəzərdən daha virana Yaşayıram.. Biçara.. ³Simlərimi sarıya boyadım, bürüdüm günaha Köklədim özümü sənin sinəndəki Tara İllərdir haqqı dəyişmisən nahaqqa Səhər günəşdən tez çıxıram daha ³Ki aldanmayasan günəş adlı o yandıran qadına Yuxuna şəkər tozları, yenə az qalıbdır sabaha
·
123 Gösterim
2 Yorum
Ülkər Qarayeva
Gönderi Sahibi
Ülkər Qarayeva
Gönderi Sahibi
Təkcə 2-ni izah etmək istəyirəm. Sarı sim tarın ən önəmli simi hesab edilir. Bunu insanların ən həssas, ən zərif yerinə bənzətmək olar. Bütün simlərimi sarıya boyamışam deyəndə qadın artıq demək istəyir ki, haradan vurmaq lazımdır bu dəfə bilməyəcəksən, çünki özümü xoşbəxtlik pərdəsi ilə kamuflyaj etmişəm. Köklədim özümü sinəndəki tara dedikdə isə qadın istənilmədiyi halda özünü məcbur edib birinin qəlbinə köç etməkdən bəhs edir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.