·96 syf.····Okunma: 23 Mayıs 2025 23:08 Qanundan random 10 kitab aldığımı və bunları da oxuyub şərh edəcəyimi əvvəlki incələmələrimdən birində demişdim.
Heyif mənim bu kitaba verdiyim 1 manata... Bir günlük yol pulumu rəsmən çölə tullamışammış.
(Bu arada, bu kitabların hamısını 1 manata almışdım.Bundan artıq qəpik də xərcləməzdim heç birinə.)
Əsas obraz... Bilmirəm, ya türk seriallarındakı “mükəmməl oğlanlardan” biridir (baxan hər qız huşunu itirir, fədakarlıq yarışına girir), ya da beş aylıq bir çağadır – özü-özünü “siyasi aktivist” adlandırır, amma gündəlik həyatını idarə etməkdə o qədər bacarıqsızdır ki, yazıq bir qız gəlib onun işlərini görür.
Qərar verə bilmədim – bəlkə də ikisinin qarışığıdır, belə bir “möcüzə mutasiyası”.
İnanın, çox da pisləmək istəmirəm – sonra çıxıb deyirlər, “bəyəm sən yazırsan?” Mən də deyirəm: xeyr, yazmıram. Amma oxuyuram. Və oxumağın da bir əziyyəti var, xüsusən də belə kitabları.
Əgər altı aydan sonra yenə həyatımda bu qədər boşa sərf edilə biləcək vaxt tapılsa (ki, ciddi şəkildə şübhə edirəm), PART 2 gələcək. Allah kərimdir.