Kitab qısa olsa da, ağır gəldi. Oxuduqca düşündüm: “Bəs biz ətrafda baş verən haqsızlıqlara necə baxırıq?” Həkim var, ağıllıdı guya, amma hər şeyə laqeyddi. Göz görə-görə ədalətsizliyə susur. Sonra da özü düşür həmin o palataya. Oxuyanda acığın tutur, sonra kədərlənirsən.
Ən çox da “dəli” sayılan İvanın dedikləri beynimə dəyə-dəyə keçdi. Elə bil ağlı başında olan o idi, qalanlar sadəcə zombiydi.
Sözün düzü, kitab məni bir az sarsıtdı. İçimdə qəribə bir narahatlıq qaldı. Amma yaxşı ki oxudum. Həyatın və cəmiyyətin soyuq üzünü elə sadə dillə göstərib ki, Çexova şapka çıxartmaq qalır.