Gönderi

60 syf.
5/10 puan verdi
2018/ 65 kitab hədəfindən 15-ci kitab. @mumogluceylan ️İnsan mənliyi və ona yolçuluq. --------------------------------------- Elmi ədəbiyyatdan bir qədər dincəlmək üçün fərqli tərzdə oxumaq üçün, modern klassiklər silsiləsindən 1998-ci il Nobel mükafatı laureatı, Portuqaliya yazıçısı Joze Saramaqonun "Naməlum adanın hekayəsi" əsərini oxudum. Dostlar arasında paylaşım edərkən, yazmışdım ki, nədənsə kitabları özüm seçmirəm, sanki onlar özləri gəlib məni tapırlar. Axtarışda o qədər kitab içərisindən mövzusunun nə olduğunu bilmədən, rastgələ bu kitabı seçdim. Mövzu nə çıxsa yaxşıdır? İnsan mənliyi və ona yolçuluq. Nağıllar dünyasının içərisində xəyalla gerçəklik arasında gedib-gələn insan ruhunun dərinliklərinə enən yazıçı bu uzun hekayədəki obrazlarını o qədər məsum təsvir edib ki, təsir altında qalmaya bilmirsən. Nağıl üslubunda yazılan uzun hekayə o qədər axıcı yazılıb ki, oxumağa başladığın anda o romantikanın içinə düşürsən. Ancaq hekayədə siyasi, ictimai alt mətnlər də yox deyil. Hadisələr bir nəfərin öz ölkəsinin kralından qayıq istəməsi ilə başlayır. Kral ondan qayığın nəyinə lazım olduğunu soruşanda, deyir ki, naməlum adanı kəşf etmək üçün lazımdır. Kral onu inandırmağa çalışır ki, artıq bütün adalar kəşf olunub və hamısı xəritədə var. Adam isə əksini deyir və naməlum adanın var olduğunu iddia edir. Bu mübahisənin sonu kralın adama qayıq verməsi ilə bitir. Daha sonra səyahət başlayır. Amma bu necə bir səyahətdir, adamın səyahət yoldaşı kim olur, bu haqda artıq yazmıram, oxumaq istəyənlərin marağı sönməsin. Qeyd edim ki, yazıçıdan ilk dəfə bir əsər oxudum, çox bəyəndim, növbəti əsərlərini də oxumağa qərarlıyam, xüsusən "Adlar kitabı" intellektual novellasını növbəti oxu üçün seçdim.️‍️ Xoş mütaliələr! ️
Bilinmeyen Adanın Öyküsü
Bilinmeyen Adanın ÖyküsüJosé Saramago · Kırmızıkedi Yayınevi · 200923.3k okunma
·
6 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.