Gönderi

271 syf.
·
Not rated
Bu kitabın Azerbaycan diline çevirisini yaptım. Artık basılmıştır. facebook.com/kitabsever/post... Eucen Ovidiu Çiroviçi (Kiroviç) 11 may, 1964-cü ildə Rumıniyanın Feqeraş şəhərində anadan olub. 1988-ci ildə Buxarest İqtisadi Elmləri Akademiyasını bitirib və bir müddət doğma şəhərində iqtisadçı işləyib. Sonra "Milli kuryer" jurnalında maliyyə müxbiri vəzifəsində çalışıb. 1990-cı illərdə rumın radiostansiyaları olan "BBC Rumıniya" və "Radio Azad Avropa"da, 2000-2002-ci illərdə televiziyada işləyib. 2000-ci illərin başlanğıcında Kiroviç əvvəlcə Rumıniyanın baş nazirinin məsləhətçisi, sonra isə Rumıniya Milli Bankı rəhbərinin məsləhətçisi olub. Üç sahədə - iqtisadiyyat, kommunikasiyalar və tarix - fəxri elmlər doktorudur. Eyni zamanda Rumıniya Elmlər Akademisyasının (2007-ci ildən) üzvüdür. 2008-2011-ci illərdə bloombiz.ro saytında icmalçı işlədikdən sonra, 2012-ci ildə Böyük Britaniyaya köçdü. Hazırda həyat yoldaşı ilə birlikdə Brüsseldə yaşayır, ancaq rumın vətəndaşlığını saxlayır. E.O. Çiroviçi yazıçılıq karyerasına 1989-cu ildə, rumın jurnalı "Vatra"nın səhifələrində ilk hekayəsini dərc etməklə başlayıb. Kiroviçin "Qantökmə" adlı ilk romanı 1991-ci ildə işıq üzü görüb və Rumıniyada dərhal milli bestsellerə çevrilib (100 min nüsxə). Onun vətənində ikinci sensasiyalı kitab "General üçün Komandos" (Comando pentru general) romanı olub. Cəm olaraq Çiroviçi qeyri-ədəbiyyat janrında bir sıra kitab yazsa da, beynəlxalq səviyyədə ona müfəvvəqiyyət gətirən intellektual trilleri "Güzgülər kitabı" romanı oldu. Psixoloji-detektiv janrında olan bu roman dünyanın 40-a yaxın dilinə tərcümə olunmuşdur. Psixoloji-detektiv janrda olan "Güzgülər kitabı" romanının ideyası, yazıçının özünün dediyinə görə, 2013-cü ildə anası ilə söhbəti zamanı yaranmışdır. Söhbətlərdən birində diqqət edib ki, uşaqlıqda avtoqəza nəticəsində faciəvi şəkildə həlak olmuş rumın futbolçunun dəfn mərasimini xatırlayır. Anası etiraz edib ki, o vaxtı çox balaca olduğuna görə onu qəbiristanlığa aparmamışdılar, amma Eucen israrla deyib ki, açıq tabutu, mərhumun sinəsindəki topu xatırlayır. Anası razılaşıb ki, həqiqətən, belə olub, ancaq bu təfərrüatlar, yəqin, atasının danışdıqlarından yadında qalıb. Əqli qabiliyyətlərin xatirələri dəyişib, əlvan rənglərə boyaması hadisəsinin qəribəliyi roman üçün başlanğıc olub. Romanda oxucunu düşündürən suallardan biri, təxminən, belədir: xatırladıqlarımızın nə qədəri gerçək, nə qədəri bizim uydurmamızdır? Bəlkə, bizim təxəyyülümüz obyektiv reallığı, nəsə yalnız bizim ağlımızda olan şeyə çevirmək qabiliyyətinə malikdir? Bəlkə, insan şüurlu olaraq yalan danışır, sadəcə onun ağlı ssenarist və ya resjissor kimi öz bildiyi şəkildə yazır? İmperator Mark Avreliyin bir dəfə dediyi kimi: "Eşitdiyimiz hər şey - fikirdir, fakt deyil. Gördüyümüz hər şey perspektivdir, həqiqət deyil". Beləliklə, "Güzgülər Kitabı" bu cür - Prinstonda 1980-ci ilin sonlarında baş vermiş qətlin süjetinə çevirərək yazılıb. Romanda üç qəhrəman, iştirakçısı olduqları hadisələrin təsvirini özlərinə məxsus şəkildə çatdıran təhkiyəçilərdir. Qeyri-müəyyənlik, gözlənilməzlik daşıyan süjet xətti romanda posmodernist ünsürlərin olduğunu göstərir, bu da oxucunu əsər boyunca maraqda saxlamağa səbəb olur. İstənilən müəllif həmişə ona cəhd edir ki, sirlərə bürünmüş hansısa tarix yaratsın və onu ədəbi formaya salıb əsərini daha cazibədar etsin. E.O. Çiroviçidə bu missiya uğurla yerinə yetirilmişdir. Fransız yazıçısı Marsel Prust öz əsərlərindən birində "В сторону Свана" (bu ad dəqiq təcümə olunacaq) qeyd edib ki, insan keçmiş xatirələrini illər keçdikdən sonra eyni şəkildə xatırlamır. Zehin həmin xatirələri "real keçmiş"dən qoparır və fərqli "öz istədiyimiz" şəkillərə salır. Maraqlıdır, Marsel Prustun bu iddiası doğrudursa, oxucular çoxplanlı süjet xəttinə malik "Güzgülər kitabı"nın qəlpələrini bir araya gətirib, onu necə dəyərləndirəcəklər? Ceylan Mumoğlu
Karanlık Yansımalar
Karanlık YansımalarE. O. Chirovici · Altın Kitaplar · 201747 okunma
·
42 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.